Canlı
Xaçmazda avtomobil beton dirəyə çırpıldı

2018-09-12 / 12:14

Xaçmazın Çarxı kəndində qəza olub. "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova