Xaçmaz və Lənkəranda silah-sursat aşkar edilib
Xaçmazda “Toz-8” markalı yivli silah, 4 ədəd patron darağı və 150 ədəd güllə aşkar edilib. Qanunsuz saxlanılan 4 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib. Lerikin Lüləkəran kəndində də dağın yamacında 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanıb. 6 nəfər rayon sakinindən isə saxladıqları ov silahları götürülüb.
Nərgiz Camalzadə