Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib

39 yaşlı Rəşad Tanrıverdiyev bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Aparılan araşdırmalar zamanı onun Rasim Paşayev tərəfindən bıçaqlandığı müəyyən edilib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə