Canlı
Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var

2018-06-13 / 16:16

“Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixi ilə bağlı təklif var, lakin bunu ilk növbədə ev sahibi olan ölkə elan etməlidir”. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O, bildirib ki, sammit avqustun birinci yarısına nəzərdə tutulub. Artıq Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın mətni razılaşdırılıb. Onun sözlərinə görə, hazırda ölkələr sənədin imzalanması üçün ölkədaxili prosedurları keçirlər.

Fərid Mehdiyev