Xəzər rayonunda külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Bakının Xəzər rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.Ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma nəticəsində həmin narkotiklərin satış məqsədilə əldə edildiyi müəyyən edilib.Faktla bağlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
07 may 2026

