Xəzər dənizində qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb. Ondan qayıq, tor, digər balıqovlama alətləri və 96 ədəd kefal balığı götürülüb. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.
Fərid Mehdiyev