Xəzər dənizində 3 balıqçı itkin düşüb

Xəzər dənizində 3 balıqçı yoxa çıxıb. Onlar rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov,Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur. Qeyd edək ki, bu gün günorta saatlarında Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.