Canlı
Xətainin və oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri tapıb. İnstitutdan verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

Fərid Mehdizadə