Xəstələrdən rüşvət alan müdir saxlanılıb
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vüsalə Cənnətova