Canlı
Xəsarət yetirərək evə basqın edən şəxslər silahla tutuldu

Sumqayıtda şəxsə xəsarət yetirib onun evinə silahlı basqın edən şəxslər tutulub. Sentyabrın 11-də baş verən hadisədə şübhəli bilinən şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev saxlanılaraq istintaqa təqdim olunub. A.Tağızadənin idarə etdiyi avtomobilə baxış keçirilərkən hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik və 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb. İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nalayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Ruhəngiz Hacızadə