Xızıda yararlı tank mərmisi tapılıb
2021-04-05 12:05
Fövqəladə Hallar Nazirliyinə Xızının Ağdərə kəndi yaxınlığında sursat aşkar edilməsi barədə məlumat daxil olub. Əraziyə baxış zamanı aşkar edilən sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 100 mm-lik BK-3 tank mərmisi olduğu müəyyən edilib. Mərmi sahədən kənarlaşdırılaraq, zərərsizləşdirilib.
Vüsalə camal