Xızıda ruhi xəstə həyat yoldaşını qətlə yetirib
2021-06-08 14:09
İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 05 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişə əri Əbülfət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.
Nərgiz camal