Xızıda oğurluq edən şəxs saxlanılıb
2020-02-10 18:09
Xızının Giləzi qəsəbəsində texniki nasazlıq səbəbindən yol kənarında saxlanılmış yük avtomobilindən 1600 manatlıq 4 ədəd təkər komplekti oğurlanıb. Əməli törətməkdə şübhəlinin bilinən Giləzi qəsəbə sakini Alxas Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Vüsalə Camal