Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub
2020-08-27 18:07
Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Alovun meşəyə keçmə təhlükəsi yarandığından, 2 ədəd helikopter və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda alovun söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Fərid Mehdiyev