Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb
Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, o, İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev