Xırdalanda dağıntılar altında azyaşlının axtarışları davam edir
2020-01-26 12:08
Xırdalanda baş verən partlayışda xəsarət alan 6 nəfərdən 5-i xəstəxanadan evə buraxılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun həyat yoldaşı 33 yaşlı Aytən Musayeva hadisə nəticəsində həyatını itirib, qızı, 9 yaşlı Fatimə Musayevanın dağıntılar altında qaldığı ehtimal olunur. FHN əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı davam edir.
Fərid Mehdiyev