Xüsusi Təyinatlıların təlimində tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib
Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.
Fərid Mehdiyev