Xüsusi nümayəndə: Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq
Azad olunmuş ərazilərə köç prosesi bu il daha da sürətlənəcək. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bərpa-quruculuq işləri tam gücü ilə davam etdirilir.Ağdama təxminən 20 min, Füzuli və Xocavəndə isə ümumilikdə 15 minə yaxın insanın qayıdışı planlaşdırılır.Hazırda 30 mindən çox keçmiş məcburi köçkün artıq həmin ərazilərdə məskunlaşıb. Ümumilikdə isə 70 mindən çox insan orada yaşayır, işləyir və təhsil alır.Köç prosesi davam edir və bu gün daha 92 ailə Ağdam şəhərinə yola salınıb. Proses il ərzində mərhələli şəkildə davam etdiriləcək.
21 aprel 2026

