Xüsusi nümayəndə: Ağdam, Füzuli və Xocavənddə 16 minə yaxın insan yaşayır
"İşğaldan azad edilmiş Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 16 minə yaxın insan yaşayır". Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.Hazırda bu üç rayonda 4 mindən çox ailə məskunlaşıb.Qarşıdakı dövrdə bu göstəricinin əhəmiyyətli dərəcədə və sürətlə artacağı gözlənilir.Artıq ərazilərin minalardan təmizlənməsi, əsas infrastrukturun qurulması və digər mühüm bərpa işlərinin ən çətin mərhələsi geridə qalıb.Bu proses yalnız yaşayış evlərinin, məktəblərin və infrastrukturun bərpası ilə məhdudlaşmamalı, həmçinin sosial və mədəni həyatın inkişafını əhatə etməlidir.
27 oktyabr 2026

