2020-06-19 18:00
Baş Nazir Əli Əsədovun qərarı ilə xüsusi karantin rejiminin müddəti 1 avqust gecə saat 12-dək uzadılıb. Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət də həmin tarixədək uzadılıb. 21 iyun gecə saat 12-dən 5 iyul səhər saat 6-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bəzi məhdudiyyətlər tətbiq olunacaq. Ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət, muzey və sərgi zallarının fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla təhsil müəssisələrinin fəaliyyəti, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi dayandırılır. Şəxslər yaşayış yerini və olduğu yeri 8103 nömrəsindən 2 saatlıq SMS-icazə ilə tərk edə biləcəklər.
Fərid Mehdiyev