Vətən müharibəsinin sentyabrın 29-na olan xronikasını təqdim edirik
Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib. Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edib. Ermənistan ordusunun alayı darmadağın edilib. Ağdərə istiqamətində düşmənin tankı məhv edilib. Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirib.