"Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub" Ceyhun Bayramov
Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. bunu xarici işlər naziri Ceyhun Bayramov tviterdə qeyd edib. "Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir bildirib.