Vətən müharibəsində Ermənistan tərəfindən muzdluların olması ilə bağlı faktlar beynəlxalq təşkilatlara göndərilib
Azərbaycan Ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatları ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib. 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Haaqa Konvensiyaları, BMT Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamalərinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb olunması ilə müharibə cinayətləri törədilib. Halbuki bütün bunlar beynəlxalq humanitar hüquqa ziddir.