Vüqar Həşimovun adına təsis edilən ədalətli oyun mükafatının sahibləri məlum olub
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla qaliblər elan olunub. Vüqar Həşimovun adına təsis edilən mükafata niderlandlı Maks Varmerdam və belçikalı Stefan Beukema layiq görülüb. Hər iki şahmatçı bu mükafata ilk dəfə sahib çıxıb. “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.
Fərid Mehdiyev