Voleybol millimizin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub. Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv ilk matçını bu il səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Milli daha sonra Belçikanı qəbul edəcək. Qarşılaşmalar avqustda olacaq. Yığmamız 2025-ci il avqustun 13-də Belçikanın qonağı olacaq, avqustda isə evdə Avstriyanı sınağa çəkəcək.
Fərid Mehdiyev