Voleybol üzrə Azərbaycan çempionatlarında açılış mərasiminin və ilk oyunun vaxtı açıqlanıb
Voleybol üzrə Azərbaycan çempionatlarının 2023/2024 mövsümünün açılış mərasimi noyabrın 6-da baş tutacaq. Yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. İlk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.
Lalə Nəsib