Canlı
Voleybolçu qadınlarımız dünya çempionatında çıxışını başa vurub

2018-10-11 / 12:04

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. F qrupunda yer alan Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv 2-ci mərhələnin 4-cü oyununda da uduzub. Yığma Osaka şəhərində baş tutan görüşdə Bolqarıstan komandasına 0:3 hesabıyla məğlub olub. Bununla da voleybolçularımız mərhələni 6 xalla sonuncu – 8-ci pillədə bitirib.

Ruhəngiz Hacızadə