Canlı
Virus infeksiyalarına yoluxan uşaqların məktəbə gəlməməsi üçün direktorlara RƏSMİ müraciət edildi

2018-10-12 / 12:28

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yerli şöbələri tərəfindən ölkədəki bütün orta məktəblərə qripə və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlər çərçivəsində filtr işinin təşkil edilməsi üçün müraciət edilib. Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib. “Filtr işinin mahiyyəti odur ki, xəstə uşaq məktəbdən uzaqlaşdırılmalıdır. Bu iş məktəbdəki tibb işçisinin köməyi ilə təşkil edilir”.

Fərid Mehdiyev