"Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub
2020-12-07 12:02
Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub. Ağdam təmsilçisi dekabrın 9-da saat 10-da İspaniyaya yola düşəcək. Komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq. Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
Vüsalə Camal