VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumu keçirilir
Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndində VII Gürcüstan–Azərbaycan–Türkiyə biznes-forumu keçirilir.Forumda üç ölkənin iqtisadiyyat nazirləri və 400-ə yaxın nümayəndə, o cümlədən 300 iri şirkətin təmsilçiləri iştirak edir. Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forum çərçivəsində irimiqyaslı layihələr üzrə əməkdaşlıq, panel iclasları və B2B görüşlər keçiriləcək.
26 fevral 2026

