Canlı
Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir

2018-02-13 / 13:54

"Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir". Bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Vergi daxilolmalarının həcminin artırılması məsələsinə toxunan nazir qeyd edib ki, nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq. Onun sözlərinə görə, bu addım iqtisadi artım tempinin sürətlənməsinə öz töhfəsini verəcək.

Ruhəngiz Hacızadə