Vens: ABŞ İranın Hörmüzü açmağa razılıq verməsindən sonra atəşkəsə razılaşıb
ABŞ İran ətrafında yaranmış münaqişə ilə bağlı atəşkəsə, Tehranın Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu bildirməsindən sonra razılaşıb.Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə açıqlayıb. Donald Tramp İrana ultimatum verərək boğazın açılmasını və qlobal iqtisadiyyata təzyiqə son qoyulmasını tələb edib. Nəticədə tərəflər gecə saatlarında atəşkəs barədə razılığa gəliblər. Bu arada, atəşkəslə bağlı müvəqqəti razılaşmanın əldə olunmasından sonra ilk iki gəmi Hörmüz boğazından keçib.
08 aprel 2026

