Valideynlərini itirmiş uşaqlar təhsillərini bitirən zaman birdəfəlik müavinət alacaqlar
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, 2600 min manat məbləğində birdəfəlik müavinət alacaqlar.Bununla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərar imzalanıb.
Yeni qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına uyğun olaraq 2600 manat məbləğində birdəfəlik müavinətlə təmin ediləcəklər.