Valideynlərini itirən uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
2021-06-11 10:00
Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik edib.Dəyişikliyə əsasən, bu kateqoriyadan olanlar ilk dəfə işə düzələn zaman paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaqlar.
Fərid Mehdiyev