Valdas Dambrauskas: "Çempionlar Liqasından sonra növbəti oyuna tam köklənmək asan olmur"
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın V turunda “Şəfa” üzərində qələbə haqda danışıb.Mütəxəssis bildirib ki, Çempionlar Liqasında “Mançester Yunayted”lə oyundan dərhal sonra növbəti qarşılaşmaya hazırlaşmaq futbolçular üçün asan olmayıb. Buna baxmayaraq, komandanın oyuna münasibətindən və performansından razı qaldığını deyib.Qeyd edək ki, “Şəfa” – “Sabah” qarşılaşması qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
15 sentyabr 2026

