Vaksinasiyadan imtinaya çağıran elanlar "Facebook" sosial şəbəkəsində bloklanacaq
2020-10-14 14:05
Vaksinasiyadan imtinaya çağıran elanlar "Facebook" sosial şəbəkəsində bloklanacaq. Bu siyasətin məqsədi ictimai sağlamlığa zərər verə biləcək yanlış məlumatlarla mübarizə aparmaqdır. Bununla yanaşı, peyvənd sahəsində bu və ya digər dövlət siyasətini tənqid edən dərclərin qadağan olunmayacağı qeyd olunur.
Vüsalə Camal