Vaksinasiyadan imtina etmək risklidir - Baş infeksionist
2020-01-05 12:00
Ölkədə vaksinasiya prosesi mərhələlərlə həyata keçiriləcək. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılan süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək. Baş infeksionist Koronavirusa qarşı vaksinasiyadan imtina edən şəxsləri risk gözlədiyini də vurğulayıb.
Nərgiz camal