V-IX sinif şagirdləri üçün əyani dərslər başlayıb
2020-10-01 11:09
Bu gündən etibarən bağçalar, məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb. Eyni zamanda 5-9-cu sinif şagirdləri məktəbə həftədə 3 dəfə gəlməklə 15 saat əyani dərs ala biləcəklər. Təhsil Nazirliyindən verilən məlumata görə, 15 oktyabrdan isə tam orta təhsil səviyyəsi üzrə təhsil alan şagirdlər məktəbə gedə biləcəklər.
Vəfa Şairova