"Vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və bu vəzifəyə yaxınlaşırıq"- Prezident İlham Əliyev
2020-11-04 11:06
"Vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və bu vəzifəyə yaxınlaşırıq". Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində 30 il müddətində Azərbaycanın danışıqlar prosesinə ciddi şəkildə sadiq olduğunu, lakin bunun hər hansı əhəmiyyətli nəticə vermədiyini bildirib, Ermənistanın sonuncu təxribatından və atəşkəsi üç dəfə pozmasından söz açıb. "Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdilər. Lakin Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədilər. Namərd hücumlardan əziyyət çəkdik. Lakin bu, iradəmizi sındırmadı. Əksinə, bizi daha da güclü etdi", - deyə dövlət başçısı vurğulayıb.
Fərid Mehdiyev