Vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb

2020-05-05 14:00

Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir. Yevlax Şəhər İcra hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mikayıl Əsədovun Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilən yardım qutularını açaraq müxtəlif sayda və növdə məhsulları götürüb ərzaq yardımlarını natamam paylamasına şübhələr üçün əsaslar müəyyən olunub. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hətəm Əzizov isə xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib. Lənkəran şəhər, Saatlı, Salyan və Hacıqabul rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin də eyni xarakterli qanun pozuntusuna yol verilməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik