Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanılıb
2020-04-06 14:00
Bu gündən Təhsil Nazirliyinin həftəiçi hər gün saat 10-dan 18-dək fəaliyyət göstərən yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb. Evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər. Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.
Nərgiz Camal