Vətəndaşların seçki hüququnun təmin olunması məsələləri müzakirə edilib
Daxili İşlər Nazirliyində gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri müzakirə edilib. Nazir Vilayət Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunmasına dair göstərişlər verib. Eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. Qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət"ə müraciət edilməlidir.
Fərid Mehdiyev