Vətəndaşları ucuz qiymətə tur paketlər adı altında aldadan şəxs saxlanılıb
Suraxanı rayonunda naməlum şəxs çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirib. Qanunsuz əməlin 1994-cü il təvəllüdlü, Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədildiyi müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim edilib.
Nərgiz Camalzadə