Vətən müharibəsindən sonra 65 nəfər mina partlayışında həlak olub
"Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, Ermənistan hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir". Bunu Ombudsman Səbinə Əliyeva deyib. 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Vüsalə Cənnətova