Vətən müharibəsindən sonra 500-dən çox şəxs son nəsil protezlə təmin edilib
Vətən müharibəsindən sonra 500-dən çox şəxsə 626 yüksək texnologiyalı protez təqdim edilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müasir idman protezləri ilə təminatı da həyata keçirilir.Son nəsil protezlər onların sərbəst hərəkət etməsinə, sosial həyata daha rahat inteqrasiyasına və idman yarışlarında iştirakına imkan yaradır.Bu istiqamətdə işlər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir.
05 noyabr 2026

