Vətən müharibəsində ziyan dəyən 11 mindən çox tikili üzrə bərpa və tikinti işləri yekunlaşdırılıb
2021-10-25 16:07
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq nsanlıq əleyhinə cinayətlər törədib. Ümumilikdə 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilbi ki, hazırkı mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.
Nərgiz camal