Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb
2021-10-01 12:00
"Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşmüşdü. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, identifikasiyası üzrə işlər davam etdirilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əvvəlki müharibədə itkin düşən 150-yə yaxın şəxsin də meyitini aşkar edilib". Baş prokuror Kamran Əliyev Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməninin beynəlxalq axtarışa verildiyini, işğal dövründə Qarabağda qanunsuz sahibkarlıqla məşğul olan xarici şirkətlərin məsuliyyətə cəlb olunması üçün tədbirlərin aparıldığını da bildirib.
Vüsalə camal