Vətən müharibəsində düşmənin başına od ələyən Azərbaycan PUA-ları təlimlərə cəlb olunub
2021-03-16 14:05
Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının heyətləri təlim tapşırıqlarını icra edib. Havadan kəşfiyyat apararaq əldə edilən məlumatlar idarəetmə məntəqələrinə ötürülüb. PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları da yerinə yetirib.
Vəfa Şairova