Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə ilk raket hücumundan 1 il ötür

2021-10-04 10:05

Bu gün həm də İkinci Qarabağ müharibəsi dövründə doğma Gəncəmizin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər mülki yaşayış məntəqəsinə, sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncəyə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Ötən ilin bu günü ermənilər Xızı və Abşeron bölgəsinə iki raket atıb. Tərtər, Ağcabədi, Ağdam, Bərdədə də yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Mingəçevirə tuşlanan 3 raketdən 1-nin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik