Vətən müharibəsi qaziləri üçün xaricdən həkimlər gələcək
2020-02-11 12:05
Vətən müharibəsində yaralanan qazilərimizin müalicəsinə Türkiyə və İsraildən gələn həkimlər cəlb olunacaq. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, “YAŞAT” Fondu tərəfindən bununla bağlı müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər qazilərimizin müayinə - müalicəsi ilə yanaşı, əməliyyatını da həyata keçirəcək.
Fərid Mehdiyev